Azərbaycanda təhsil alan tələbə qızların faiz nisbəti açıqlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda təhsil alan tələbə qızların faiz nisbəti açıqlanıb


Azərbaycanda təhsil alan tələbələrin 51.2 faizi qızlardır.

"Sizinxeber.az"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov Laçında ECO Qadınlar Forumu çərçivəsində keçirilən "İqlimə dayanıqlılıq üçün İnsan İnkişafında Qadınların Rolu" adlı panel sessiyada çıxışı zamanı deyib.

O qeyd edib ki, təhsilli qadın təhsilli ailə, təhsilli ailə isə təhsilli cəmiyyət deməkdir:

"Fond gənc qızların təhsilinə dəstək üçün 1.2 milyon manat vəsait ayırıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə keçirilən bu layihə sayəsində son iki ildə 350 gənc qız təhsil alıb. Bu özəl və dövlət sektorlarının birgə fəaliyyətinin nəticəsidir. Azərbaycanda 1.6 milyon şagird var və onların 62 faizi qızlardır. Peşə təhsilində qızların iştirakı isə 36 faizdir. Elm və Təhsil Nazirliyi bunu 40 faizə çatdırmağı hədəfləyir".

Fondun sədri də xatırladıb ki, qadınların təhsilə cəlb edilməsində əsas məsələ maliyyə problemidir:

"Yəni, ailələr maliyyə imkanlarını daha çox oğlan övladlarının təhsilinə yönəldir. Bu səbəbdən də Azərbaycanda Təhsil Kredit Fondu yaradılıb. Azərbaycanda 26 mindən artıq qız təhsil kreditindən istifadə edib".

Oxşar xəbərlər

Bahar Muradova: Azərbaycanda ibtidai təhsil alan qadınların göstəricisi 98 faiz təşkil edir
Emin Əmrullayev: Gənc qızların təhsilinə dəstək layihələri daha çox olmalıdır
Nazir: Azərbaycanda qızların təhsilinə dəstək üçün özəl şirkətlərlə əməkdaşlıq olunur
Nazir: Sevindiricidir ki, “Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı”ndan 265 tələbə qız yararlanır
“Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının Məzun Günü keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər