BŞİH-də müşavirə keçirilib, qanunsuz tikililərlə mübarizə müzakirə olunub
Bakı Şəhər İcra Hakimiyyətində şəhərin təsərrüfat xidmətlərinin, paytaxt rayonlarının təsərrüfat xidmətləri rəhbərləri və məsul şəxslərin iştirakı ilə geniş müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə müşavirədə bir sıra məsələlər, o cümlədən son vaxtlarda paytaxtda aparılan geniş miqyaslı abadlıq işləri, sanitar təmizlik məsələləri, çimərliklərin vəziyyəti və yay mövsümünə hazırlıq məsələləri, qanunsuz tikililərlə mübarizə və şəhərin ümumi görünüşünə xələl gətirən tikililər və digər nöqsanlar müzakirə edilib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan inkişaf edir, yeni parklar və yaşıllıqlar salınır, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində böyük işlər həyata keçirilir. Bununla yanaşı yerlərdə bəzi sahələrdə nöqsanlar mövcudluğu vurğulanıb, rayonlar üzrə monitoring zamanı aşkar edilmiş konkret faktların fotoşəkilləri nümayiş etdirilib.
Müşavirənin yekununda Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Ayaz Hüseynov bir daha qeyd edib ki, həyata keçirilən müsbət işlərlə yanaşı hazırda mövcud olan bir sıra nöqsanların ən qısa zamanda aradan qaldırılması vacibdir. .
Oxşar xəbərlər
BŞİH-də şəhərin görünüşünə xələl gətirən tikililər və nöqsanlar müzakirə edilib
BŞİH-də qanunsuz tikililərlə bağlı məsələ müzakirə edilib
Bakıda rayon icra başçılarına qanunsuz tikililərlə bağlı ciddi xəbərdarlıq edilib
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib, nöqsanlar tənqid edilib
BŞİH-də müşavirə keçirilib, icra başçılarına ciddi xəbərdarlıq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












