Nazirlik: Bölgələrə təyinat alan həkimlər üçün stimullaşdırıcı tədbirlər gücləndirilməlidir
sizinxeber.az xəbər saytı

Nazirlik: Bölgələrə təyinat alan həkimlər üçün stimullaşdırıcı tədbirlər gücləndirilməlidir


“Nazirlər Kabinetinin 330 nömrəli qərarı var. Rezidenturanı dövlət sifarişi əsasında təhsil alıb bitirən məzunlar dövlət müəssisələrində 3 il işləmək üçün göndərilir”.

APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsində Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova deyib.

O bildirib ki, bununla bağlı əmək müqaviləsi bağlanır: “Rezidentura məzunlarının hamısına təyinat verilir. Lakin bu məsələdə bir qədər problemlərlə qarşılaşırıq. Həkim-mütəxəssislər bəzən təyinat yerlərinə getmir, bəziləri isə gedəndən sonra orada uzun müddət qalıb işləmir. Vakansiyalar isə, əsasən, bölgələrdədir. Burada çətinliklərlə qarşılaşırıq. Nazirlər Kabinetinin qərarında stimullaşdırıcı tədbirlər olsa da, bu qərara dəyişiklik, stimullaşdırıcı tədbirlərin gücləndirilməsi məsələsinə baxılmalıdır”.

Oxşar xəbərlər

SN: Tibb işçiləri Bakıda cəmləşib, bu problemin aradan qaldırılması üçün təkliflər hazırlanır
Tibbi işçilərinin sertifikasiya imtahanlarının sualları dəyişəcək
Komitə sədri bakalavr təhsilli olanların ailə həkimi işləməsinə icazə verilməsini təklif edib
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum olub
MM-in komitə sədri yaşa görə işdən çıxarılmanın əleyhinədir: Sağlamlığı, biliyi, bacarığı imkan verdiyi təqdirdə işləməlidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər