MM-in komitə sədri yaşa görə işdən çıxarılmanın əleyhinədir: Sağlamlığı, biliyi, bacarığı imkan verdiyi təqdirdə işləməlidir
“Yaş insanın əmək fəaliyyəti üçün əngəl ola bilməz. İnsanın sağlamlığı, biliyi, bacarığı imkan verdiyi təqdirdə o çalışmalıdır”.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsində komitə sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, yaş məhdudiyyəti gənclərə daha çox yol açılması üçün qoyulub: “Amma biz bunun alternativi yolu - daha çox iş yeri açmaq barədə düşünməliyik, nəinki yaşlı insanları məcburi işdən uzaqlaşdırmaqla. İqtisadiyyat Nazirliyimiz var, onlar hesablamalıdır ki, hər il əmək bazarına 100 min və daha çox gənc gəlir, biz onları daha yaxşı işlərə, daha yüksək maaşlı işlərə yerləşdirməliyik, nəinki sertifikasiya, yaş məhdudiyyəti kimi bəhanələrlə. Biz qəbullara gedirik, ölkədə orta ömür artır. İnsanlarımız sağlamlığı imkan verdiyi təqdirdə çalışmaq istəyir. Ona görə biz aktiv məşğulluq tədbirləri barədə düşünməliyik, nəinki məhdudiyyətlər haqqında...”
Oxşar xəbərlər
Sertifikasiya imtahanlarında uğur qazanmayan tibb işçilərinin iş yeri və əməkhaqqı 6 ay saxlanılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Soltan Məmmədov: Kredit ballarının hansı suallar əsasında formalaşacağı maraqlıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polad Bülbüloğlu: 65 yaşında da rəqqas olar?! [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin noyabrın 1-də keçiriləcək iclasının gündəliyi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












