Gəncədə Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib
Gəncədə Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib.
Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin 2025-ci il üçün Hazırlıq planına müvafiq olaraq, bu gün region ərazisində yerləşən şəhər və rayon icra hakimiyyətləri, idarə, müəssisə və təşkilatlarla “1 Mart - Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş “Mülki müdafiə-əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda nümunəvi tədbir keçirilib.
Tədbir Gəncə şəhəri Heydər Əliyev adına meydanda təşkil olunub.
Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhəri ərazisində yerləşən qurumlarının balansında olan texnika, əmlak və avadanlıqların nümayişi, onların taktiki texniki xarakteristikaları, fövqəladə hadisələr zamanı təyinatı üzrə onlardan istifadə qaydaları barədə məluma verildi və iştirakçılar tərəfindən ünvanlanmış suallara Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfində ətraflı cavablar verilib.
Eyni zamanda, şəhər ərazisində monitorlarda “1 mart - Ümumdünya Mülki Müdafiə Günü”nün “Mülki müdafiə-əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusu üzrə video-çarxlar nümayiş olunub.
Oxşar xəbərlər
FHN mülki müdafiə məşqi keçirib - VİDEO
Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
FHN-in Qarabağ Regional Mərkəzi mülki müdafiə məşqi keçirib
Fövqəladə Hallar Nazirliyi mülki müdafiə kursları keçirib
Şahbuzda mülki müdafiə dəstələrinin hazırlığı yoxlanılıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
