Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Fevralın 28-də Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasında Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.
Sizinxeber.az xəbər verir ki, “Mülki müdafiə - əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda keçirilən tədbirdə Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, müvafiq nazirliklərin, aidiyyəti dövlət orqanlarının mülki müdafiə sahəsində məsul vəzifəli şəxsləri, rayon icra hakimiyyəti orqanlarının fövqəladə hallar komissiyalarının sədrləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Əvvəlcə, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib.
Tədbirin əvvəlində mülki müdafiə sahəsində Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə videoçarx nümayiş olunub.
Toplantını Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli açaraq Ümumdünya Mülki Müdafiə Günü, onun məqsəd və vəzifələri barədə məlumat verib. O, əhalinin mühafizəsinin təmin edilməsində mülki müdafiənin mühüm rol oynadığını diqqətə çatdıraraq, bu kimi tədbirlərin mülki müdafiə sahəsinin inkişaf etdirilməsinə öz töhfəsini verdiyini qeyd edib.
Tədbirdə çıxış edən FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov mülki müdafiə işinin effektiv təşkilində Beynəlxalq Mülki Müdafiə Təşkilatının rolundan və bu təşkilatın Baş Assambleyası tərəfindən müxtəlif illərdə keçirilmiş sessiyalarında Nazirliyin fəaliyyətindən danışıb. Baş idarə rəisi vurğulayıb ki, Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini bir daha əhali və ərazilərin fövqəladə hadisələrdən mühafizəsi olan mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir. Bildirilib ki, 1 mart - Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunması ilə bağlı ölkəmizdə mülki müdafiənin təbliği sahəsində müxtəlif tədbirlərin, o cümlədən konfransların, açıq dərslərin, təlimlərin keçirilməsi böyük əhəmiyyətə malikdir.
Çıxışında Baş idarə rəisi ölkədə mülki müdafiə tədbirləri, mülki müdafiə işinin təşkili və həyata keçirilməsi sahəsində aidiyyəti qurumların vəzifələri, bu istiqamətdə Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti və görülən işlər haqqında geniş məlumat verib, mülki müdafiə sahəsinin inkişafının əhalinin təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin, “Azercell Telekom” MMC-nin, “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları, Xəzər Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri və digərləri mövzu ətrafında çıxışlar ediblər.
Sonda 1 mart - Ümumdünya Mülki Müdafiə Günü münasibəti ilə, eləcə də təmsil olunduqları təşkilatlarda mülki müdafiə işinin təşkili sahəsində səmərəli fəaliyyətlərinə görə fərqlənən şəxslər Fövqəladə Hallar Nazirliyi adından “Fəxri fərman”la təltif olunub.
Oxşar xəbərlər
Fövqəladə Hallar Nazirliyi mülki müdafiə kursları keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şahbuzda mülki müdafiə dəstələrinin hazırlığı yoxlanılıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN mülki müdafiə məşqi keçirib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN Milli Aviasiya Akademiyasında nümunəvi dərs keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in Qarabağ Regional Mərkəzi mülki müdafiə məşqi keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












