Çernobıl əlillərinin mənzillə təmin olunması sürətləndiriləcək
Çernobıl qəzasında zərər çəkənlər daha sürətli şəkildə mənzillə təmin olunacaqlar.
APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı komitə sədri Musa Quliyev deyib.
Musa Quliyev bildirib ki, qanunun qəbul edildiyi vaxtdan keçən dövr ərzində birdəfəlik müavinətlər Prezident təqaüdü ilə əvəz olunub: “Eyni zamanda əlilliyi olan şəxslər də əlillik dərəcələrinə uyğun olaraq pensiya alırlar. Bununla yanaşı, onların müalicəsi üçün də ildə bir dəfə əlavə müavinət verilir.
Onların imtiyazlı mənzillə təminatı istiqamətində də proses gedir, imtiyazlı növbəyə götürülüblər. Artıq onların böyük qismi mənzillərlə təmin olunub. Bundan sonrakı dövrdə daha sürətli mənzillə təmin olunacaqlar. Çünki indiyə qədər məcburi köçkünlərimiz var idi, onların mənzil təminatına böyük ehtiyac var idi. Eyni zamanda Qarabağ müharibəsi şəhidlərinin və qazilərin mənzil məsələsi demək olar ki, artıq həll olunmaq üzrədir. Yəqin ki, yaxın bir ildə bu problem bitəcək. Sonra isə bu qəbildən olan Çernobıl qəzası, digər əlilliyi olan şəxslərin də mənzil təminatının yaxşılaşdırılması istiqamətində işlər aparılacaq”.
Oxşar xəbərlər
Çernobıl qəzasında zərər çəkənlərin sosial təminatı təkmilləşdirilir
Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb
Pensiyaçı kimi qeydiyyatda olanların sayı açıqlanıb
Sahil Babayev Qaxda vətəndaşları qəbul edib
Məişət zorakılığından zərər çəkmiş 30 uşaq sosial reabilitasiya xidmətləri ilə təmin edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
