Sabah ümumi və məktəbədəqədər təhsil müəssisələrində dərslər ənənəvi qaydada davam edəcək
sizinxeber.az xəbər saytı

Sabah ümumi və məktəbədəqədər təhsil müəssisələrində dərslər ənənəvi qaydada davam edəcək


Ümumi və məktəbədəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam edəcək.

APA xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Fevralın 24-də ümumi və məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam etdiriləcək. Mövcud hava şəraiti ilə bağlı ayrı-ayrı məktəblərdə keçirilməsi mümkün olmayan dərslər (müəllimlərin işə gecikməsi səbəbindən və ya şagird davamiyyətinin əsaslı aşağı olduğu hallarda) yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisələri rəhbərlərinin qərarı ilə növbəti günlərdə əlavə dərslərlə əvəz ediləcək.

Qeyri-sabit hava şəraiti ilə bağlı müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib, təhlükəsizlik qaydalarına nəzarət gücləndirilib.

Qeyd edək ki, hava şəraitinə uyğun olaraq regional təhsil idarələri tərəfindən operativ qərarlar qəbul ediləcək.

Müşahidə edilən qeyri-sabit hava ilə əlaqədar valideynləri diqqətli olmağa, övladlarını nəzarətdə saxlamağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırırıq.

Oxşar xəbərlər

Məktəblərdə 5 gün dərs olmayacaq
Payız tətilindən sonra altı günlük məktəblərdə noyabrın 23-ü dərs olacaq
Bu gün Azərbaycanda ilk dərs günüdür
BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 513 mindən artıq şagird təhsil alacaq
Builki tədris ilində məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər