Daha 296 kirayə mənzil satışa çıxarılıb
İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış kompleksində daha 296 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir.
Bu barədə "APA-Economics"ə Fonddan bildirilib. Bildirilib ki, yaşayış sahələri 1 və 2 otaqlı olmaqla, aylıq ödənişləri 448 manatdan başlayır.
Yeni mənzillər seçim üçün 21 yanvar 2025-ci ildən etibarən açıq olacaq.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi Youtube kanalı (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 6317 kirayə müqaviləsi bağlanıb.
Oxşar xəbərlər
Daha 207 "kirayə mənzil" satışa çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daha 207 "kirayə mənzil" satışa çıxarılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daha 369 kirayə mənzil satışa çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda daha 296 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda daha 207 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












