Deputat bölgələrdə gənclər təşkilatlarının kəskin azalmasından şikayətlənib
sizinxeber.az xəbər saytı

Deputat bölgələrdə gənclər təşkilatlarının kəskin azalmasından şikayətlənib


Regionlarda QHT-lərin, xüsusilə gənclər sektoru ilə çalışan təşkilatların sayında azalma var.

APA xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin “Azərbaycan Respublikasının Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ının müzakirəsində deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, QHT-lərin böyük əksəriyyəti Bakı şəhərinə toplaşıb, ya da Bakıətrafı ərazidədir: “Vaxtilə Gəncədə 50 gənclər təşkilatının adını çəkərdimsə, indi bu say 4-5-dir. Vaxtilə region gənclər təşkilatlarına Fond tərəfindən qrantlar verilirdi. Bu ənənəni yenidən bərpa etməliyik. Bakı QHT-ləri bütün qrantları udurlar. Region gəncləri zəifləyirlər, kənarda qalırlar”.

Naqif Həmzəyev qeyd edib ki, gənclərin ən böyük problemi mənzillə bağlıdır: “Biz ipoteka ilə bağlı qanunda dəyişiklik etməliyik. Gənclər sektorunda çalışanları da güzəştli ipoteka ilə mənzil əldə edənlərin siyahısına əlavə etməliyik. Bununla gənclər sektorunda çalışanların və gənclər təşkilatlarının da sayı artacaq”.

Deputat hesab edir ki, yalnız eyni QHT-lər beynəlxalq layihələri udmamalıdır: “Beynəlxalq layihə həyata keçirməyən QHT-lərə də şans verilməlidir. Bizə də ən çox irad hər dəfə eyni QHT-lərin xaricə göndərilməsi ilə bağlıdır. İdman sahəsində müəyyən irəliləyişlər olsa da, gənclər sahəsində bir sıra nöqsanlar var".

Naqif Həmzəyev həmçinin təklif edib ki, Gənclər Fondu tərəfindən idman sahəsində də qrantlar verilsin.

Oxşar xəbərlər

Nazir: 2024-cü ildə Şuşa şəhəri üçün yaddaqalan olub
Azərbaycan Gənclər Fondu Milli Məclisdə hesabat verəcək
COP29 sədrliyi uşaqları və gəncləri bu ilin iqlim siyasətində ön plana çəkmək öhdəliyini götürüb
Deputat: Kür çayında qanunsuz ov günbəgün artır, buna nəzarət yoxdur
Fərid Qayıbov: Şuşada keçirilən beynəlxalq tədbirlərdə gənclər fəal iştirak edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər