sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
2024-cü ildə dünya əhalisi təxminən 82 milyon nəfər artıb
2024-cü ildə dünya əhalisi bir il əvvəlki ilə müqayisədə təxminən 82 milyon nəfər artıb.
Sizinxeber.az xəbər verir ki, bu məlumatlar Almaniyanın Dünya Əhali Fondu tərəfindən təqdim edilib.
Təşkilatın hesablamalarına görə, 2025-ci il yanvarın 1-nə qədər dünyada 8,156 milyard insan yaşayacaq. Eyni zamanda, Almaniyanın əhalisi il ərzində eyni səviyyədə qalıb və təxminən 84 milyon nəfərdir.
Əhali artımı ilk növbədə Afrikada müşahidə olunur. Fondun ekspertləri deyirlər ki, növbəti iki onillikdə bu qitədə yaşayan insanların sayı iki dəfədən çox arta bilər.
BMT-nin məlumatına görə, 2037-ci ildə dünya əhalisi ilk dəfə olaraq 9 milyardı keçə bilər.
Oxşar xəbərlər
Aİ əhalisi pandemiyadan sonra ardıcıl ikinci ildir artır
Naxçıvanın əhalisi artıb
Umayra Tağıyeva: Son 25 ildə Bakıda istilik dalğaları 14 dəfə artıb
Dövlət Büdcəsinin 2025-ci il üzrə proqnozlaşdırılan gəlirləri və xərcləri açıqlanıb
2025- ci il üzrə icmal büdcənin gəlir və xərc proqnozu açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













