Adil Kərimli: Nazirliyin fəaliyyətinin rəqəmsallaşdırılması prioritet istiqamətdir
Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyi sistemində rəqəmsallaşmanın vəziyyətinə və ilin yekunlarına həsr olunan toplantı keçirilib.
Nazirlikdən Sizinxeber.az-ya verilən xəbərə görə, nazir Adil Kərimli çıxışında bildirib ki, nazirliyin fəaliyyətinin rəqəmsallaşdırılması prioritet istiqamətdir: “Mədəniyyət sahəsinin rəqəmsallaşması çox çətin bir fəaliyyətdir. Nəzərə alsaq ki, indiyə qədər bu sahədə sistemli iş aparılmayıb. Fəaliyyət göstərdiyimiz müddət ərzində bu sahədə məlumatların toplanılması və sistemləşdirilməsi istiqamətində əhəmiyyətli işlər həyata keçirilib. Toplantıda bu sahədə fəaliyyətimizə nəzər salınacaq, uğurlarla yanaşı, qarşıda duran vəzifələr də diqqət mərkəzinə çəkiləcək”.
Daha sonra nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri və əməkdaşlarının rəqəmsallaşma üzrə illik hesabatı dinlənilib.
Çıxışlarda klasterlər, modullar, “e-Culture” matrisi, “e-Culture” arxitekturası, nazirliyin informasiya resursları, ölkə üzrə mədəniyyət obyektləri və müəssisələrinin reyestrinin yenidən yaradılması, vahid şəxsi kabinet sistemi vasitəsilə bir pəncərə prinsipi əsasında mədəniyyəti rəqəmsal prizmadan tanımaq, musiqi və incəsənət məktəblərinin elektron sistemi və s. məsələlər haqqında söz açılıb.
Hesabat iclasında ayrı-ayrı sahələr üzrə 2024-cü il ərzində görülmüş işlər, müəyyənləşdirilmiş fəaliyyətə uyğun olaraq həyata keçirilmiş tədbirlər və əldə olunmuş nəticələr haqqında struktur bölmə rəhbərlərinin məruzələri dinlənilib.
Sonda nazir mövcud problemlərin həlli, qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini verib.
Oxşar xəbərlər
Adil Kərimli: Kadr çatışmazlığı müzakirə olunub, bu istiqamətdə işlərə başlamışıq
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb
Adil Kərimli Gədəbəydə müəssisələrlə bağlı tapşırıq və tövsiyələr verib
Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib
Adil Kərimli Azərbaycan Dövlət Kukla Teatrında olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
-
Azərbaycan və Türkiyə parlamentariləri şəhərsalma məsələlərini müzakirə ediblər
