Adil Kərimli Gədəbəydə müəssisələrlə bağlı tapşırıq və tövsiyələr verib
sizinxeber.az xəbər saytı

Adil Kərimli Gədəbəydə müəssisələrlə bağlı tapşırıq və tövsiyələr verib


Mədəniyyət naziri Adil Kərimli Gədəbəy rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Nazirlikdən Sizinxeber.az-ya verilən xəbərə görə, qəbuldan sonra nazir Gədəbəy şəhərində bir sıra mədəniyyət müəssisələrinin – Gədəbəy rayon Aşıq Məktəbi, Gədəbəy rayon Uşaq İncəsənət Məktəbi, Uşaq İncəsənət Məktəbinin, Gədəbəy Mərkəzi Kitabxana Sisteminin binasının, bir binada yerləşən Gədəbəy rayon Mədəniyyət Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi və Mərkəzi Kitabxana Sisteminin Uşaq şöbəsinin fəaliyyəti ilə tanış olub.

Həmçinin Gədəbəy rayonu Slavyanka kənd folklor klubuna və Gədəbəy rayonu Slavyanka kənd Musiqi məktəbinə baxış keçirilib. Son olaraq Gədəbəy rayonu Slavyanka kənd kitabxanasına baş çəkilib.

Baxış zamanı müəssisələrdə mövcud olan problemlərin aradan qaldırılması, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Oxşar xəbərlər

Mədəniyyət naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda küləyin sürəti 25 m/san olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN silsilə maarifləndirmə tədbirləri keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fövqəladə hallarda davranış qaydaları ilə bağlı tədbirlər keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazirlərin avqust ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər