Göyçayda saxlanılan narkokuryerlərdən 8 kiloqramdan artıq marixuana götürülüb
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş Zeytunə Mirzəyeva, Valid Kazımlı və Tural Niftəliyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, onlardan 8 kiloqram 350 qram marixuana aşkarlanıb. Saxlanılanlar şəxsiyyəti araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiklərini və pul qarşılığında narkotik vasitələri paytaxta aparmağa razılaşdıqlarını bildiriblər.
Keçirilən digər əməliyyatlar zamanı narkotiklərin dövriyyəsini təşkil edən daha 5 nəfər- Samir Məmmədov, Müşviq Cəfərov, Ruslan Əliyev, Elşən Niyətov və Rüstəm Mirzəyev saxlanılıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Qobustanda saxlanılan narkokuryerlərdən 3 kiloqram marixuana və tiryək götürülüb
Yevlaxda narkotiklərin qanunsuz dövriyyəsinin qarşısı alınıb, saxlanılanlar var
Biləsuvarda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Qəbələdə narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıb
Qəbələdə narkokuryerlər saxlanılıb - FOTO - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
-
Azərbaycan və Türkiyə parlamentariləri şəhərsalma məsələlərini müzakirə ediblər
