Yevlaxda narkotiklərin qanunsuz dövriyyəsinin qarşısı alınıb, saxlanılanlar var
sizinxeber.az xəbər saytı

Yevlaxda narkotiklərin qanunsuz dövriyyəsinin qarşısı alınıb, saxlanılanlar var


Yevlaxda polis narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində çətənə bitkisinin kultivasiyası ilə məşğul olan rayon sakini Rüstəm Abışzadə saxlanılıb. Onun evinin həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qulluq edilərək yetişdirilmiş 26 ədəd çətənə bitkisi və 6 kiloqram marixuana aşkar olunub.

Keçirilən digər tədbirlə güclü təsiredici xassəyə malik narkotik vasitə heroinin qanunsuz dövriyyəsini təşkil edən Hafiz Məmmədov da saxlanılıb. H.Məmmədov ondan aşkarlanan heroini pul müqabilində Teymur adlı şəxsdən aldığını bildirib. Davam etdirilən tədbirlərlə Şirvan şəhər sakini Teymur Əkbərov da saxlanılıb. Ondan da külli miqdarda heroin aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

Oxşar xəbərlər

Ağdam sakini narkotik bitkinin kultivasiyasına görə saxlanılıb
Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanılıb - FOTO
Zərdabda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəx saxlanılıb
İmişlidə ov edən şəxs saxlanılıb
Qusarda narkotik satışına görə 2 nəfər tutulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər