Qəbələdə narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıb
sizinxeber.az xəbər saytı

Qəbələdə narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıb


Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Elnur Məmmədov, qohumu Samir Əsədov və Cəsur Hüseynov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Sizinxeber.az"a bildirilib ki, onlardan 2 kiloqram 300 qram marixuana və metamfetamin aşkar olunub.

Saxlanılanlar narkokuryerliyə cəlb edildiklərini və pul qarşılığında narkotik vasitələri Gəncə şəhərinə aparmağa razılaşdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Ağsuda narkokuryerlikdə şübhəli bilinən qadın tutulub
Qobustanda saxlanılan narkokuryerlərdən 3 kiloqram marixuana və tiryək götürülüb
İllər öncə quldurluq edən şəxslər saxlanıldı
Şəkidə silah və narkotik vasitələr satmaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Qaxda çətənə kolu yetişdirməkdə şübhəli bilinən şəxs tutulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər