Qəbələdə narkokuryerlər saxlanılıb - FOTO - VİDEO
sizinxeber.az xəbər saytı

Qəbələdə narkokuryerlər saxlanılıb - FOTO - VİDEO


Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Elnur Məmmədov, qohumu Samir Əsədov və Cəsur Hüseynov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, onlardan 2 kiloqram 300 qram marixuana və metamfetamin aşkar olunub. Saxlanılanlar narkokuryerliyə cəlb edildiklərini və pul qarşılığında narkotik vasitələri Gəncə şəhərinə aparmağa razılaşdıqlarını bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Qəbələdə narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıb
Qobustanda saxlanılan narkokuryerlərdən 3 kiloqram marixuana və tiryək götürülüb
Oğuzda narkokuryerliyə görə 2 qardaş saxlanılıb
Zaqatalada 9 kq narkotik dövriyyədən çıxarılıb
Qəbələdə narkotiklərin dövriyyəsini təşkil edən şəxs tutulub - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər