Aktaudakı Baş konsulluq:  Bəzi meyitlər tanınmaz haldadır
sizinxeber.az xəbər saytı

Aktaudakı Baş konsulluq: Bəzi meyitlər tanınmaz haldadır


Təəssüf ki, təyyarə qəzasında ölənlərin meyitləri tanınmaz haldadır.

Sizinxeber.az-nın Qazaxıstana ezam olunmuş əməkdaşı xəbər verir ki Bunu Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib.

Qəza ilə bağlı istintaqın aparıldığını bildirən Baş konsulun sözlərinə görə, şəxsiyyəti müəyyən edilənlərin cənazələri Vətənə göndəriləcək: “Təəssüf ki, bəzi meyitlər tanınmaz haldadır. Lazımi tibbi proseduralardan sonra həmən cənazələr də Azərbaycana göndəriləcək".

Ayxan Süleymanlı vurğulayıb ki, Azərbaycanın Səhiyyə Nazirliyinin və Baş Prokurorluğundan ibarət heyət xəstəxanada olan xəstələrlə maraqlanırlar: "Eyni zamanda DNT analizlərinə də ehtiyac olacaq. Tanınmaz vəziyyətdə olanları araşdırmaq üçün müəyyən tibbi fəaliyyətlər həyata keçiriləcək".

Firuzə Vahid

Süleyman Həmidov

Oxşar xəbərlər

Baş konsul: Son məlumata görə, təyyarə qəzasında 26 Azərbaycan vətəndaşı həlak olub, 16 vətəndaşımız sağ qalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın Aktaudakı Baş konsulu: Hazırda təyyarə qəzasının baş verdiyi əraziyə gedirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: Əlavə göstəriş verildi ki, Azərbaycan həkimlərindən ibarət briqadalar da Aktau şəhərinə tezliklə ezam olunsun [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mövlud Süleymanlı ilə vida mərasimi keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səhiyyə Nazirliyi: Gələn il bütün tibbi qeydiyyat sənədləri elektronlaşdırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər