FHN-in Bakı Regional Mərkəzi silsilə müşavirələr keçirib
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi paytaxtın Suraxanı, Qaradağ, Binəqədi, Sabunçu, Nərimanov və Nəsimi Rayon İcra hakimiyyətlərində “2024-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirib.
Bu barədə Sizinxeber.az-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirlərdə FHN Bakı Regional Mərkəzinin, yerli icra hakimiyyətlərinin, eyni zamanda özünüidarəetmə orqanlarının rəhbər şəxsləri, aidiyyəti dövlət təşkilatlarının məsul vəzifəli nümayəndələri iştirak ediblər.
Müşavirələrin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.
Tədbirlərdə çıxış edənlər keçirilən müşavirələrin əhəmiyyətindən bəhs edib, mülki müdafiə işinin təşkili ilə bağlı birgə fəaliyyətin vacibliyini vurğulayıblar.
Müşavirələrdə Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqlərin nəticələri haqqında məlumat verilib. Həmçinin, qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.
Müşavirələrdə qarşıda duran vəzifələr müzakirə olunub və suallar cavablandırılıb.
Oxşar xəbərlər
FHN-in Sumqayıt Regional Mərkəzi silsilə müşavirələr keçirib
Mülki müdafiə hazırlığı ilə bağlı müşavirələr keçirilib
Mülki müdafiə sahəsində görülmüş işlərlə bağlı müşavirələr keçirilib
FHN-in Gəncə Regional Mərkəzi Göygöl rayonunda müşavirə keçirib
FHN Salyan şəhərində seminar-müşavirə keçirib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Oyun zamanı meydançada öldü
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












