ICMP Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasını dəstəkləməyə hazırdır
Səhiyyə Nazirliyində Azərbaycanda səfərdə olan İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Baş direktoru Katrin Bombergerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.
Görüşdə məhkəmə-tibb ekspertizası, DNT analizləri, laborator imkanların gücləndirilməsi, mütəxəssis hazırlığı və bilik mübadiləsi istiqamətlərində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Bildirilib ki, itkin düşmüş şəxslərin axtarışı, şəxsiyyətinin müəyyənləşdirilməsi və bu sahədə müasir elmi yanaşmaların tətbiqi humanitar baxımdan xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, beynəlxalq təcrübənin öyrənilməsi və innovativ metodların tətbiqi görülən işlərin səmərəliliyinin artırılmasına xidmət edir.
Səhiyyə naziri Teymur Musayev işğaldan azad edilmiş ərazilərdə aparılan axtarış işləri və aşkarlanan insan qalıqlarının identifikasiyası prosesində aidiyyəti dövlət qurumlarının əlaqəli və koordinasiyalı fəaliyyət göstərdiyini bildirib. Nazir ICMP ilə əməkdaşlığın bu istiqamətdə mühüm töhfə verdiyini vurğulayıb.
ICMP-nin Baş direktoru K. Bomberger Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirərək, rəhbərlik etdiyi təşkilatın gələcəkdə də ölkəyə texniki və ekspert dəstəyi göstərməyə hazır olduğunu deyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivəri nəzərdən keçirilib.
Oxşar xəbərlər
İtkin düşmüş şəxslərin ailələri ilə görüş təşkil olunacaq
Azərbaycan ICMP-nin itkin düşmüş şəxslərlə bağlı Ermənistan qarşısında məsələ qaldırmasını istəyir
Kamran Əliyev İCMP rəhbəri ilə itkin düşmüş şəxslər üzrə əməkdaşlığı müzakirə edib
Kamran Əliyev İCMP-nin Baş direktoru ilə qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib
Ceyhun Bayramov İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın Baş direktoru ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
