Mülki müdafiə hazırlığı ilə bağlı müşavirələr keçirilib
Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzinin təşəbbüsü ilə Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən Rayon İcra hakimiyyətlərində “2024-cü ildə mülki müdafiə hazırlığının vəziyyəti və 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib.
FHN-in mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, tədbirlərdə FHN Şimal Regional Mərkəzinin, sözügedən rayonların icra hakimiyyətlərinin, təhsil sektorlarının, eyni zamanda yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələri, aidiyyəti dövlət təşkilatlarının məsul şəxsləri iştirak ediblər.
Müşavirələrin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.
Tədbirlərdə çıxış edənlər keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib, mülki müdafiə işinin təşkili ilə bağlı birgə fəaliyyətin vacibliyini vurğulayıblar.
Müşavirələrdə Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən ərazidə yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqin nəticələri haqqında məlumat verilib. Həmçinin, qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.
Müşavirələrdə qarşıdan duran vəzifələr müzakirə olunub, suallar cavablandırılıb. Tədbirlərdə, həmçinin fövqəladə hadisələrlə bağlı davranış qaydalarına dair videoçarxlar nümayiş olunub.
Oxşar xəbərlər
Mülki müdafiə sahəsində görülmüş işlərlə bağlı müşavirələr keçirilib
FHN mülki müdafiə məşqi keçirib - VİDEO
FHN Salyan şəhərində seminar-müşavirə keçirib - FOTO
FHN-in Gəncə Regional Mərkəzi Göygöl rayonunda müşavirə keçirib
FHN Sumqayıtda mülki müdafiə məşqi keçirib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
