Azərbaycanın ödəniş təşkilatları vahid platformadan istifadə edə bilər
Azərbaycanda ödəniş təşkilatları vahid platformadan təhlükəsiz xidmət göstərməyi hədəfləyir.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, açıq bankçılıq təşəbbüsünə artan tələbat fonunda Ani Ödəniş Sisteminin (AÖS) tətbiqi ilə əməkdaşlıq prosesləri daha intensiv, sürətli və effektiv xarakter alıb: "Bunun nəticəsində ödəniş xidməti istifadəçiləri üçün innovativ və müasir ödəniş həllərinin təqdim edilməsi nəzərdə tutulur. Bu həllər yalnız bank və maliyyə sektorunu deyil, eyni zamanda sığorta şirkətlərini və bank olmayan kredit təşkilatlarını da əhatə edəcək. Məqsəd innovativ, çevik və təhlükəsiz məhsullar yaratmaq, dayanıqlı ödəniş xidmətləri təqdim etməkdir.
Fintex Assosiasiyası adından danışsaq, assosiasiyaya üzv olan şirkətlərin hər birinin müxtəlif beynəlxalq tərəfdaşları mövcuddur".
Sədr qeyd edib ki, lisenziyalı ödəniş təşkilatları və elektron pul təşkilatları arasında əməkdaşlıq müqavilələri əsasında qurulan tərəfdaşlıq münasibətləri sektorun əsas üstünlüklərindən biridir: "Bu əməkdaşlıq modeli vasitəsilə vahid nöqtədən bütün qanuni ödəniş kanalları üzrə təhlükəsiz ödəniş xidmətlərinin göstərilməsi təmin edilir.
Xarici tərəfdaşlara gəldikdə isə, xüsusilə beynəlxalq pul köçürmələri və beynəlxalq ödəniş xidmətlərinin təşkili istiqamətində çoxsaylı beynəlxalq tərəfdaşlarla əməkdaşlıq həyata keçirilir".
E.Abdullayev əlavə edib ki, "AzFina"nın yaradılmasında əsas məqsəd tənzimləyici qurumlar, xüsusilə Azərbaycan Mərkəzi Bankı (AMB), digər qanunvericilik və nəzarət orqanları ilə lisenziyalı ödəniş və elektron pul təşkilatları arasında koordinasiyanı təmin etməkdir: "Biz mərkəzləşdirilmiş şəkildə innovativ həllərin təqdim olunmasına dəstək verir, eyni zamanda tənzimləyici qurumların tələb və göstərişlərinin, eləcə də zəruri düzəliş tədbirlərinin vaxtında və dəqiq icrasına töhfə veririk. Nizamnaməmizə əsasən, assosiasiyanın birbaşa nəzarət mexanizmi tətbiq etmək və ya hansısa məhdudiyyətlər qoymaq səlahiyyəti yoxdur. Lakin xüsusilə AMB-nin dəstəyi ilə bu ilin əvvəlindən etibarən ölkədə fəaliyyət göstərən ödəniş və elektron pul təşkilatları üçün assosiasiya üzvlüyü mühüm əhəmiyyət daşımağa başlayıb".
O deyib ki, assosiasiyaya üzv olmaq təşkilatın gələcək fəaliyyətinə inamını, strateji inkişaf hədəflərini və sektorun ümumi prinsiplərinə sadiqliyini nümayiş etdirir: "Eyni zamanda, üzvlük həmin təşkilatın tənzimləyici qurumlar qarşısında reputasiyasını da təmsil edir. Bu səbəbdən, hər hansı qanun pozuntusu və ya ciddi uyğunsuzluq hallarında nizamnaməyə əlavə edilən yeni müddəalara əsasən, təşkilatın assosiasiya üzvlüyündən məhrum edilməsi və uzaqlaşdırılması nəzərdə tutulur. Belə qərarlar həm AMB, həm də ümumilikdə maliyyə ekosistemi üçün mühüm siqnal hesab olunur. Çünki hər hansı bir müəssisənin assosiasiyadan uzaqlaşdırılması onun fəaliyyətinə və nüfuzuna dair ciddi ismarış verir".
Oxşar xəbərlər
AMB “Açıq bankçılıq” üzrə təsdiq olunmuş tələblərə dair açıqlama yayıb
Azərbaycanda son 3 ildə milli ödəniş sisteminin ümumi dövriyyəsi 4 dəfəyə yaxın artıb
"Bank of Baku"dan maliyyə savadlılığına töhfə: uşaqlar üçün maarifləndirici kitabça
Mərkəzi Bank "Azərikard"ın lisenziyasını məhdudlaşdırdı
"PashaPay" "Bir" ekosistemini qlobal "Money20/20 Europe" tədbirində təmsil edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
