ADB Azərbaycanın nəqliyyat sektorunda emissiyaların azaldılması ilə bağlı şərtləri açıqlayıb
sizinxeber.az xəbər saytı

ADB Azərbaycanın nəqliyyat sektorunda emissiyaların azaldılması ilə bağlı şərtləri açıqlayıb


Azərbaycanda nəqliyyat sektorunda emissiyaların azaldılmasına nəqliyyat növlərinin kombinasiyalı dəyişdirilməsi (digər sahələrdən dəmir yoluna keçid), "təmiz yanacaqlar"ın tətbiqi və enerji səmərəliliyi tədbirləri vasitəsilə nail olmaq mümkündür.

"Report" xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) "CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı) ölkələrində nəqliyyat sektorunda karbon qiymətləndirilməsinin təsiri və imkanlarının araşdırılması" adlı hesabatında deyilir.

ADB-nin analitikləri hesab edirlər ki, bu məsələdə dəmir yolu sektorunun daha böyük rol oynayacağı gözlənilir: "2060-cı ilə qədər ənənəvi qalıq yanacaqlar tamamilə mərhələli şəkildə istifadədən çıxarılacaq. Digər bir iqtisadi modelləşdirmə və təhlildə isə NDC hədəflərinə çatmaq üçün təbii qaz və neft subsidiyalarının tədricən ləğv edilməsi ilə yanaşı, səmərəli dekarbonizasiya siyasətinin göstəricisi kimi karbon qiymətlərini əhatə edən potensial ssenarilər araşdırılıb. 2030-cu il NDC hədəfinə nail olmaq üçün karbon qiymətlərinin 2035-ci ildə hər ton CO₂ (tCO₂) üçün 25 ABŞ dollarına, 2050-ci ilə qədər 41 dollara, 2060-cı ildə isə 62 dollara çatması tələb oluna bilər. 2060-cı ilə qədər xalis sıfır (net-zero) ssenarisində isə qiymətlərin 2035-ci ildə 30 dollara, 2060-cı ildə isə 280 dollara qədər yüksələ biləcəyi proqnozlaşdırılır".

Hesabatda qeyd olunub ki, Dünya Bankı Azərbaycan hökumətinə iqtisadiyyata daxil olduqları nöqtədə idxal edilən və ya daxildə istehsal olunan bütün yanacaqların karbon tərkibinə görə tutulacaq ilkin mərhələli ("upstream") karbon vergisinin tətbiqini təklif edib: "Bu vergi formalaşan ümumi emissiyaların təxminən 60 %-ni əhatə edə və mövcud aksiz vergisi mexanizmi karbon vergisinin yığılmasına uyğunlaşdırıla və ya genişləndirilə bilər. Dünya Bankının digər bir modelləşdirmə layihəsində Azərbaycanda Paris Sazişi çərçivəsində Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) yerinə yetirilməsi üçün tətbiq edilə biləcək müxtəlif siyasət variantları nəzərdən keçirilib. Layihə çərçivəsində ən yaxşı variantın qalıq yanacaq subsidiyalarının ləğvini nəzərdə tutan vergi siyasəti ilə yanaşı, karbon qiymətləndirilməsinin tədricən tətbiqinin kombinasiyası olduğu təklif edilib. Model göstərir ki, mövcud qalıq yanacaq subsidiyalarının üçdə iki hissəsinin ləğvi 2030-cu il hədəflərinə çatmaq üçün kifayətdir. Bundan əlavə, model karbon qiymətləndirilməsindən əldə olunan gəlirlərin ev təsərrüfatlarına yenidən paylanmasını və istehsal amilləri vergilərinin (kapital, işçi qüvvəsi, torpaq) azaldılmasının da nəzərdən keçirilməsini təklif edir".

Oxşar xəbərlər

ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib - FOTO
ADB Azərbaycanda dəmir yollarının rəqəmsallaşdırılmasına dəyərini açıqlayıb
ADY sədri iqlim dəyişikliyi ilə mübarizə istiqamətində görülən işlər barəsində danışıb
Dünya Bankı: "Azərbaycanın NDC məqsədlərinə nail olmaq potensialı var"
ADB Sumqayıt-Yalama dəmir yolunun bərpasına əlavə 130 milyon ABŞ dollarından çox vəsait ayırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər