“Elmin populyarlaşdırılması” layihəsinin ilk tədbiri keçirilib
Elmin cəlbediciliyini eləcə də, gənc nəslin elmə marağını artırmaq məqsədilə UNEC-in start verdiyi "Elmin Populyarlaşdırılması" layihəsi çərçivəsində ilk tədbir Lənkəran Dövlət Universitetində (LDU) keçirilib.
Bu barədə APA-ya Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
Bildirilib ki, tədbirdə iştirak edən UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru professor Rövnəq Rzayev, UNEC rektorunun müşaviri dosent Elşən Bağırzadə, UNEC Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri dosent Etibar Əliyev elmi bilikləri, nailiyyətləri, yeni elmi istiqamətləri təbliğ etmək, elmə marağı artırmaq məqsədilə çıxış ediblər. Maraqlı təqdimatların sonunda iştirakçıların sualları cavablandırılıb.
Tədbirin sonunda LDU-nun rektoru professor Natiq İbrahimova layihəyə dəstək verdiyi üçün və ev sahibliyi etdiyi üçün təşəkkürlərini bildiriblər.
Oxşar xəbərlər
UNEC-də Səadət Qəndilova və Arif Şəkərəliyevin yubiley tədbiri keçirilib
UNEC-də Beynəlxalq Əlilliyi olan şəxslər gününə həsr edilmiş tədbir keçirilib
UNEC ilə Google Developer Groups tərəfdaş oldu
UNEC ilə Çinin Sichuan Universiteti əməkdaşlıq edəcək
Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) prezidenti UNEC-də olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
"Al Arabiya": ABŞ-İran danışıqlarının yeni mərhələsi iyunun əvvəlində baş tuta bilər
-
Zakir Həsənov Yaşar Gülərlə görüşdü - Foto
