UNEC-in tələbələri “Technest Demo Day” sertifikatını qazanıblar
sizinxeber.az xəbər saytı

UNEC-in tələbələri “Technest Demo Day” sertifikatını qazanıblar


UNEC-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və ATL Akademiyası ilə birgə reallaşdırdığı “Technest Demo Day” layihəsini uğurla bitirən tələbələrə sertifikatların təqdim olunması mərasimi keçirilib.

Universitetdən APA-ya verilən xəbərə görə, UNEC tələbələrinin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlarının artırılması, onların real təcrübə imkanlarına sahib olması məqsədilə reallaşdırılan layihə çərçivəsində Rəqəmsal İqtisadiyyat fakültəsinin 20 tələbəsinə “Frontend Proqramlaşdırma” və “Android Mobil Proqramlaşdırma” ilə bağlı təlimlər təşkil olunub. Fevral ayından start verilmiş təlimlərin tədris proqramları tələbələrin fənləri ilə inteqrasiya olunmuş şəkildə həyata keçirilib.

Tədbirdə çıxış edən UNEC-in elm və innovasiyalar üzrə prorektoru, professor Rövnəq Rzayev layihəni yüksək qiymətləndirərək, bu tip təlimlərin tələbələrin praktiki biliklərə yiyələnməsi, real təcrübə qazanması baxımından önəmli olduğunu bildirib.

Fakültə dekanı dosent Elman Cəfərov tələbələri təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb. E.Cəfərov fakültədə tələbələrin təhsil aldıqları ixtisas sahələri üzrə mütəmadi olaraq praktiki təlimlərə cəlb olunduğunu diqqətə çatdıraraq, bu cür təlimlərin davamlı olaraq keçiriləcəyini vurğulayıb.
Sonra ATL Akademiyasının mütəxəssisləri Aydan Həşimova və Şəhriyar Cəbrayıllı çıxış edərək, layihənin məqsədi, gedişatı və tələbələrin hazırlıq prosesi barədə məlumat veriblər.

Tədbirdə “Technest Demo Day” layihəsi çərçivəsində tələbələrin gördüyü işləri əks etdirən videoçarx nümayiş olunub.

Sonda isə təlimi uğurla bitirmiş tələbələrə sertifikatlar təqdim olunub.

Oxşar xəbərlər

UNEC-in “Açıq qapı” günlərində 800-dən çox abituriyent iştirak edib
Rəqəmsal layihələrlə zəngin UNEC İnnovasiya Həftəsi uğurla başa çatıb
UNEC-də 8 ixtisas üzrə keçid balı 600-dən yüksək olub
UNEC ilə Qərbi Makedoniya Universitetinin birgə magistr proqramının məzunlarına diplomlar təqdim edilib
UNEC tələbəsinin komandası “TEKNOFEST 2024”ün qalibi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər