Ədliyyə Nazirliyi dindar məhkumlara xüsusi rejim tətbiq olunması təklifinə münasibət bildirib
Bu gün istintaq təcridxanalarında məhkumların şəraiti getdikcə yaxşılaşır, kamerada isti-soyuq su, televiziyaya baxmaq şəraiti var.
Sizinxeber.az xəbər verir ki, bunu Hüquq və İnsan Haqları İnstitutunda keçirilən “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna dair hazırlanmış elmi-praktiki kommentariya layihəsinin müzakirəsi üçün dəyirmi masada Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.
O bildirib ki, dövlət məhkumların da şəraitinin yaxşılaşdırılmasına vəsait ayırır: “Qadağan olunmuş əşyaların dövriyyəsi cinayət tərkibi sayılır. Təklif edilir ki, biz bu cinayəti həbsdə saxlama yerlərinə şamil edək. Amma bunu etmək məqsədəmüvafiq deyil. Cinayət Məcəlləsinin 317-ci maddəsi ictimai təhlükə ilə bağlıdır. Bu, cəzaçəkmə müəssisəsinin idarəetməsinə mane ola bilər. Bu gün qadağan edilən əşya sayı 9 olsa da, ən çox istifadə edilən telefondur. Şəxsdən istintaq təcridxanasına gələndə ona qadağan olmuş əşya ilə bağlı xəbərdarlıq edilir”.
Malik Ələkbərov dindar məhkumlarla bağlı təklifə də münasibət bildirib: “Layihədə onlara Ramazan bayramında xüsusi rejim tətbiq olunması təklif edilir, amma bu da məqsədəuyğun deyil. Çünki o, 4-də durub səhər imsak etsə, rejim pozula bilər. Bu təklifə yenidən baxılmalıdır”.
Qeyd edək ki, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə hazırlanan layihədə dindar məhkumlarla bağlı ayrı rejimin tətbiq edilməsi ilə bağlı təklif olduğunu diqqətə çatdırıb.
Oxşar xəbərlər
Hüquq və İnsan Haqları İnstitutunun Milli Məclisin tabeliyinə verilməsi təklif olunub
Qanunvericilikdə məhkumların yaxın qohumlarının dəfn mərasimində iştirakının tənzimlənməsi təklif olunur
Naxçıvanda saxlanılan şəxslərə qadağan olunmuş əşyalar ötürməkdə ittiham olunan çavuşun məhkəməsi başlayır
Həbsdə olan şəxslərə qadağan olunmuş əşyalar ötürməkdə ittiham olunan çavuşun məhkəməsi başlayır
Naxçıvanda cəzaçəkmə müəsissəsinin qadın nəzarətçisi barəsində cinayət işi başlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
"Al Arabiya": ABŞ-İran danışıqlarının yeni mərhələsi iyunun əvvəlində baş tuta bilər
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
