Naxçıvanda saxlanılan şəxslərə qadağan olunmuş əşyalar ötürməkdə ittiham olunan çavuşun məhkəməsi başlayır
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə müəssisəsinin rejim nəzarət şöbəsinin nəzarətçisi ədliyyə çavuşu C. Qurbanova tərəfindən cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyaların verilməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə müəssisəsinin rejim nəzarət şöbəsinin nəzarətçisi ədliyyə çavuşu C. Qurbanova tərəfindən cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyaların verilməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Sizinxeber.az-nın Naxçıvan bürosu xəbər verir ki, istintaq zamanı C. Qurbanovanın qulluq mövqeyindən istifadə edərək qeyd olunan müəssisədə cəza çəkən qadın məhkumlardan bir neçəsi üçün cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qadağan olunmuş müxtəlif əşyaları yoxlamadan gizlədərək özünə məxsus çantada müəsissəsinin daxilinə keçirərək, həmin məhkumlara verməsi sübut olunub.
Fakta bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda C. Qurbanovaya Cinayət Məcəlləsinin 317-1.2-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə verilməsi və ya ötürülməsi) maddəsi ilə, həmin Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlar G. Süleymanova, G. Nuriyeva və N. Nağıyevaya isə Azərbaycan Respublikası CM-in 317-2.2-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi - Eyni əməllər təkrar törədildikdə) maddəsi ilə ittiham elan olunmaqla cinayət işi baxılması üçün aidiyyatı məhkəməyə göndərilib.
Oxşar xəbərlər
Naxçıvanda cəzaçəkmə müəsissəsinin qadın nəzarətçisi barəsində cinayət işi başlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda cəzaçəkmə müəsissəsinin nəzarətçisi cinayət məsuliyyətinə cəlb olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ombudsmanın əməkdaşları 4 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah hərbi hissələrdə və cəzaçəkmə müəssisələrində seçki məntəqələri üzrə seçicilərin siyahılarının dəqiqləşdirilməsi başa çatacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












