Yaponiyalı nümayəndə: Qida itkisinin azaldılması davamlı qida istehsalına müsbət təsir göstərə bilər
sizinxeber.az xəbər saytı

Yaponiyalı nümayəndə: Qida itkisinin azaldılması davamlı qida istehsalına müsbət təsir göstərə bilər


"Yaponiya ölkə daxilində və beynəlxalq səviyyədə tullantı sektorundan metan emissiyalarının azaldılması səylərini gücləndirməyə qərarlıdır".

Sizinxeber.az xəbər verir ki, bunu Bakıda COP29 çərçivəsində keçirilən "İqlim fəaliyyəti üçün üzvi tullantılardan metan azaldılması üzrə yüksək səviyyəli tədbir"də Yaponiyanın ətraf mühit üzrə vitse-prezidenti Yutaka Matsuzava deyib.

O qeyd edib ki, tullantı və kənd təsərrüfatından metan emissiyalarının azaldılması sıfır emissiyalı iqtisadiyyata nail olmaqda və davamlı inkişaf məqsədlərinə çatmaqda mühüm rol oynayır:

"Tullantı sektorundan metan emissiyalarının azaldılmasında ən vacib məsələlərdən biri qida itkisinin azaldılmasıdır. Qida itkisinin azaldılması davamlı qida istehsalı və təchizatına müsbət təsir göstərə bilər. Bu baxımdan Yaponiya istehlakçıların və təchizatçıların davranışlarında dəyişiklik yaratmaq üçün siyasət tədbirləri vasitəsilə istehlakçıları, pərakəndə satıcıları və digər qida sənayesini cəlb edərək qida itkisinin azaldılmasını təşviq edir".

"Üzvi tullantılar, həmçinin bioqaz istehsalı kimi bərpa olunan elektrik enerjisi istehsalı üçün ən müasir texnologiyalar vasitəsilə təkrar emal edilə bilər:

"Yaponiya özəl sektorla əməkdaşlıq edərək bir çox ASEAN ölkələrinə milli səviyyədə qaydalar və strategiyalar hazırlamaq, tullantıların idarə edilməsi infrastrukturunu qurmaq, potensialın artırılması və texniki rəhbərlik təmin etmək vasitəsilə məişət üzvi tullantıları daxil olmaqla tullantıların idarə edilməsi problemlərinin həllində dəstək göstərib", - deyə o bildirib.

Oxşar xəbərlər

Muxtar Babayev: Metan emissiyalarının 20 %-i tullantı sektorunun payına düşür [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Solutions for Our Climate”: Almaniya metan emissiyasının azaldılmasında lider olmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Professor: “Metan emissiyasının sürətli azaldılması qısamüddətli temperatur artımının qarşısını almaq üçün vacib vasitədir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünya Kənd Forumunun nümayəndəsi: İqlim maliyyələşdirilməsinin yalnız 0.3%-i bizə çatır [xfgiven_updateblue][/xfgiven_updateblue]
CGİAR: İqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi bir-birinə sıx bağlıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər