Muxtar Babayev: Metan emissiyalarının 20 %-i tullantı sektorunun payına düşür
sizinxeber.az xəbər saytı

Muxtar Babayev: Metan emissiyalarının 20 %-i tullantı sektorunun payına düşür


"Metan emissiyalarının təxminən 20 %-i tullantı sektorunun payına düşür".

Sizinxeber.az xəbər verir ki, bunu Bakıda COP29 çərçivəsində keçirilən "İqlim fəaliyyəti üçün üzvi tullantılardan metan azaldılması üzrə yüksək səviyyəli tədbir"də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

O qeyd edib ki, metan güclü istixana qazıdır və tullantı sektoru metanın ən sürətlə böyüyən mənbəyidir:

"Bu problem poliqonlarda, açıq hovuzlarda və çirkab sularda üzvi tullantılar parçalandıqda yaranır. UNEP-in Qlobal Metan Qiymətləndirilməsinə əsasən, 1,5 dərəcə ssenarilərinə uyğun olmaq üçün dünya tullantı sektorundan metan emissiyalarını 2030-cu ilə qədər 30-35 %, 2050-ci ilə qədər isə təxminən 55 % azaltmalıdır. Bu azalmalar təkcə iqlim üçün deyil, həm də əhəmiyyətli sosial və iqtisadi faydalar təmin etmək üçün lazımdır".
"Tullantı sektoru transformasiya dəyişikliyi üçün unikal imkan yaradır. Bu gün biz üzvi tullantılardan metanın azaldılmasına dair COP29 Bəyannaməsini qəbul edirik. Bu Bəyannamə artan hədəfləri təşviq etmək və daha çox hökuməti Qlobal Metan Öhdəliyinə qoşulmağa ruhlandırmaq məqsədi daşıyır", - deyə nazir əlavə edib.

Oxşar xəbərlər

Yaponiyalı nümayəndə: Qida itkisinin azaldılması davamlı qida istehsalına müsbət təsir göstərə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev: COP29-un sədrliyi metan emissiyalarını azaltmaq üçün səyləri inkişaf etdirməyi hədəfləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Stiven Hamburq: "İslahatlarsız 2100-cü ilə qədər metan emissiyalarının məqbul səviyyəsinə çata bilərik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət katibi: Britaniya emissiyalarını azaltmaqla nümunə göstərməyə sadiqdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
SOCAR “Neft Qaz Metan Tərəfdaşlığı”na qoşulub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər