Nazir: İqlim dəyişikliyi ilə mübarizədə səhiyyə sahəsində də maliyyələşməni təmin etməliyik
sizinxeber.az xəbər saytı

Nazir: İqlim dəyişikliyi ilə mübarizədə səhiyyə sahəsində də maliyyələşməni təmin etməliyik


"İqlim dəyişikliyindən daha çox əziyyət çəkən səhiyyə komponenti, əlbəttə ki, təcili tibbi yardım sistemidir".

Sizinxeber.az xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev bugünkü mətbuat konfransında Sizinxeber.az TV-nin əməkdaşının sualını cavablandırarkən bildirib:

"Bu istiqamətdə daha əvvəl göstərilən səyləri də nəzərə alsaq, onu deyə bilərəm ki, bu gün imzalanan təşəbbüslər bizim iqlim dəyişikliyi ilə mübarizə sahəsində daha əvvəl atdığımız addımlarla bundan sonra həyata keçirəcəyimiz tərbirlər arasında sinerji yaradır. Onların unudulmasını mümkünsüz edir. Eyni zamanda koalisiya iqlim dəyişikliyi ilə mübarizə istiqamətində addımları daha təşkilatlanmış və daha güclü bir şəkildə atmağa şərait yaradır. Habelə bu təşəbbüslər nəticəsində insan həyatının bütün komponentləri arasında vəhdət yaradılması mümkün olacaq. İkincisi, biz səhiyyə sahəsində də maliyyələşməni təmin etməliyik".

Oxşar xəbərlər

Nazir: ATU-da iqlim dəyişikliyi və səhiyyə tədris olunacaq
ABŞ nümayəndəsi: İqlim dəyişikliyi ilə mübarizədə gücümüzü birləşdirsək, daha çox nəticəyə nail olacağıq
COP29-da beynəlxalq iqlim təşəbbüslərinin davamlılığı mövzusunda konfrans keçirilib
Yaxın günlərdə Azərbaycanın iqlim təşəbbüsləri BMT-nin Baş Assambleyasında irəli sürüləcək
Nazir: Azərbaycan və Türkiyə iqlim dəyişikliyi, ətraf mühitlə bağlı ortaq addımlar atmağa davam edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər