ABŞ nümayəndəsi: İqlim dəyişikliyi ilə mübarizədə gücümüzü birləşdirsək, daha çox nəticəyə nail olacağıq
sizinxeber.az xəbər saytı

ABŞ nümayəndəsi: İqlim dəyişikliyi ilə mübarizədə gücümüzü birləşdirsək, daha çox nəticəyə nail olacağıq


"İqlim dəyişikliyi ilə mübarizədə gücümüzü birləşdirsək, daha çox nəticəyə nail olacağıq".

APA xəbər verir ki, bunu ABŞ-nin Nümayəndələr Palatasının üzvü Morqan Qriffit bugünkü mətbuat konfransında söyləyib.

O bildirib ki, Konqresdə təmsil etdiyi Virciniya ştatı təbii qaz ehtiyatlarına malikdir və ərazinin iqtisadiyyatı bilavasitə bundan asılıdır.

Palata üzvü vurğulayıb ki, Virciniya ərazisini ekoloji cəhətdən təmiz elektrik enerjisi ilə təmin etmək bir nömrəli məqsəd kimi müəyyən edilib:

"İqlim probleminin həlli üçün bu, son dərəcə vacibdir. Hazırda ştatımızda bu istiqamətdə tədqiqatlar aparılır. Ona görə də mən tərəflərə müraciət edib hər kəsi İqlim Razılaşmasının əldə olunması istiqamətində daha geniş fəaliyyət göstərməyə dəvət edirəm. Çünki bu fəaliyyətdən bütövlükdə planetimizin gələcəyi asılıdır".

Oxşar xəbərlər

Yalçın Rəfiyev: İqlim fəlakəti ilə bağlı kiçik ada dövlətlərinin səsi eşidilməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniyanın sabiq baş naziri: Hökumətlər bütün biznesləri iqlim dəyişikliyi ilə mübarizədə təşviq etməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İqlim maliyyəsi iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
BƏƏ rəsmisi: Ekoloji cinayətlər ilbəil artır, səmərəli mübarizə vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elmi məsləhətçi: İqlim dəyişikliyi üzrə qlobal mübarizənin həlli COP29-da razılığın əldə edilməsindən asılıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər