Dövlət Yanğın Nəzarəti Xidməti “Yeni Klinika”da yanğına qarşı tədbir keçirib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-in Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları Bakı şəhəri, Nizami rayonunda yerləşən “Yeni Klinika” tibb müəssisəsində yanğına qarşı maarifləndirmə tədbiri keçirib.
Tədbirdə yanğın təhlükəsizliyinin təmin olunmasına obyekt rəhbərinin şəxsən məsuliyyət daşıdığı, bütün işçi heyətin yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrinin zəruriliyi qeyd olunub. Eyni zamanda, klinika binasının və binaətrafı ərazilərin təmiz saxlanılmasının vacibliyi diqqətə çatdırılıb, elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına aid tələblər barədə məlumat verilib, yanğın təhlükəsizliyinə dair videoçarx nümayiş etdirilib.
Həmçinin, yanğın zamanı zəruri davranış qaydalarından bəhs olunub, sözügedən təhlükənin qarşısının vaxtında alınmasına dair müvafiq normativ sənədlərin tələbləri barədə söhbət aparılıb.
Sonda ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə izah edilib və suallar cavablandırılıb.
Oxşar xəbərlər
Respublika Psixiatriya Xəstəxanasında yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 ərəfəsində yanğın təhlükəsizliyi ilə əlaqədar tədbirlər müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti müşavirə keçirib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pambıq tədarükündə yanğın təhlükəsizliyinə dair tədbirlər keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN Laçın və Xankəndidə tədbirlər keçirib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












