Pambıq tədarükündə yanğın təhlükəsizliyinə dair tədbirlər keçirilib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti respublikada pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində silsilə maarifləndirmə tədbirləri keçirib.
APA FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Xidmətin əməkdaşları tərəfindən “Azərpambıq ASK” MMC-nin Bərdə Pambıq İstehsalı və Emalı Zavodu filialında, “MKT İstehsalat Kommersiya” MMC-nin Bərdə, Beyləqan, Ağcabədi və Zərdab filiallarında yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə sözügedən müəssisələrin əməkdaşları iştirak edib.
“Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri” mövzusunda keçirilən tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunan kənd təsərrüfatı maşınlarının ilkin yanğın və qığılcımsöndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin, tədbir iştirakçıları pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasının, açıq oddan istifadə edilməsinin, siqaret çəkilməsinin müvafiq normalara zidd olması barədə məlumatlandırılıb. Eyni zamanda, su mənbələrinə müvafiq yolların salınmasının, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların olmasının zəruriliyi də müəssisələrin səlahiyyətli şəxslərinin diqqətinə çatdırılıb.
Oxşar xəbərlər
FHN Laçın və Xankəndidə tədbirlər keçirib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Respublika Psixiatriya Xəstəxanasında yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 ərəfəsində yanğın təhlükəsizliyi ilə əlaqədar tədbirlər müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN Penitensiar Xidmətin əməkdaşları üçün təlim keçirib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti müşavirə keçirib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












