FHN Laçın və Xankəndidə tədbirlər keçirib - FOTO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti işğaldan azad edilmiş ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində silsilə maarifləndirmə tədbirləri keçirib.
APA FHN-ə istinadən xəbər verir ki, Xidmət tərəfindən Laçın şəhərində yerləşən “Həkəri Riverside” hotelində, Xankəndi şəhərində fəaliyyət göstərən “Xanabad” və “Xarı Bülbül Keytring” restoranlarında, “Rahat market” şəbəkəsinin filialında, inşaat işləri aparılan 4 nömrəli tam orta məktəbində, həmçinin Ağdam şəhərində tikintisi davam etdirilən 160 yerlik körpələr evi-uşaq bağçasında yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə açıq sahələrdə və qapalı məkanlarda yanğın təhlükəsizliyinə dair tələblər barədə söhbətlər aparılıb, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat verilib, təxliyə planından düzgün istifadə olunmasının vacibliyi vurğulanıb. Həmçinin, ərazilərin təmiz saxlanılması, ehtiyat çıxış yollarının daim istifadəyə yararlı, yanğına qarşı su təchizatı qurğularının isə işlək vəziyyətdə olmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təminatın zəruriliyi aidiyyəti şəxslərin diqqətinə çatdırılıb.
Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, suallar cavablandırılıb.
Oxşar xəbərlər
FHN silsilə maarifləndirmə tədbirləri keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fövqəladə hallarda davranış qaydaları ilə bağlı tədbirlər keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN azad olunmuş ərazilərindəki obyektlərdə tədbir keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fövqəladə hallarda davranış qaydaları barədə tədbirlər keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN “Gənclik Mall”da təlim keçirib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











