COP29 ərəfəsində yanğın təhlükəsizliyi ilə əlaqədar tədbirlər müzakirə edilib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti növbəti müşavirə keçirib.
FHN-nin mətbuat xidmətindən APA-ya bildirilib ki, müşavirə Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt regional Dövlət yanğın nəzarəti idarəsinin xidməti sahəsinə daxil olan ərazidə yerləşən mühüm əhəmiyyətli, təhlükə potensiallı obyektlərdə, həmçinin yaşayış sektorunda yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi, eyni zamanda qarşıda duran vəzifələr və onların həlli yollarının müzakirəsi məqsədilə təşkil olunub.
Tədbirdə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Mənzil İstismar Sahəsinin rəhbər şəxsləri, bələdiyyə sədrləri iştirak ediblər.
Müşavirədə məişət və istehsalat tullantılarının qanunsuz yığıldığı ərazilərin təmizlənməsi, nasaz yanğın su hovuzları və hidrantların bərpası, mühüm əhəmiyyət kəsb edən, eyni zamanda təhlükə potensiallı müəssisələrin, yaşayış binalarının, eləcə də insanların kütləvi toplaşdığı obyektlərin yanğına qarşı vəziyyəti müzakirə olunub, nöqsan və pozuntular diqqətə çatdırılıb və problemlərin aradan qaldırılması ilə bağlı aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilib.
Müşavirədə COP29 ərəfəsində yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə qarşılıqlı fəaliyyətin gücləndirilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsinə dair planlar müzakirə edilib.
Oxşar xəbərlər
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti müşavirə keçirib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in Sumqayıt Regional Mərkəzində müşavirə keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İnsanların kütləvi toplaşdığı obyektlərin yanğına qarşı vəziyyəti müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıt Muğam Mərkəzinin binasında yanğın-taktiki təlim keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN məişətdə yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












