Ədliyyə orqanlarına işə qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib
- 29-10-2024, 17:50
- İqtisadiyyat / Sosial
- 0
- 770
Oktyabrın 28-də ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş növbəti müsabiqənin bütün mərhələlərini uğurla tamamlamış və 6 aylıq stajorluq müddəti müəyyən edilməklə işə qəbul olunmuş ədliyyə işçilərinin andiçmə mərasimi keçirilib.
Bu barədə APA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.
Yeni ədliyyə qulluqçuları Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi anılıb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ədliyyə nazirinin müavini Abiddin Hüseynov açılış nitqi ilə çıxış edərək bildirib ki, ədliyyə orqanlarında şəffaflıq prinsipi ilə açıq müsabiqələr keçirilərək, Nazirliyin kadr korpusunun Vətənə sədaqəti, peşəkarlığı və yüksək şəxsi keyfiyyətləri ilə seçilən gənc mütəxəssislər hesabına gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülməkdədir. Nazir müavini işə qəbul olunmuş əməkdaşları təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra ədliyyə qulluqçularının Ədliyyə Nazirliyinin müxtəlif struktur qurumlarında işə qəbul olunması barədə imzalanmış müvafiq əmr səsləndirilib.
Yeni təyinat almış əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə təntənəli qaydada and içiblər, onlara xidməti vəsiqələri təqdim edilib.
Qeyd edilib ki, Nazirliyin Müsabiqə Komissiyası tərəfindən keçirilən sonuncu müsabiqə üzrə 148 nəfər hüquqşünas sənəd təqdim edib, onlardan 130 nəfər test imtahanına buraxılıb. Test imtahanı, söhbət və icbari təlim mərhələlərini uğurla tamamlamış biri Vətən müharibəsi iştirakçısı, o cümlədən 17-si kişi, 18-i qadın olmaqla 35 namizəd ədliyyə orqanlarında işə qəbul edilib.


width="220" alt="Ədliyyə orqanlarına qulluğa qəbulda uğur qazanan namizədlərlə icbari təlimlərə start verilib" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />