Ədliyyə Nazirliyində qulluğa qəbulla bağlı müraciətin vaxtı uzadılıb
Ədliyyə Nazirliyinə qulluğa qəbulla bağlı elan olunan növbəti müsabiqədə iştirak üçün ərizə qəbulunun vaxtı çoxsaylı müraciətləri nəzərə alaraq, oktyabr ayının 31-i saat 23:59-dək uzadılıb.
Bu barədə APA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.
Namizədlər qeyd olunan tarixədək ərizələrini Nazirliyin rəsmi saytında (www.justice.gov.az) "Qulluğa qəbul" bölməsində "Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı elektron müraciət" adlı hissəyə və ya "http://e-erize.justice.gov.az:8080/" linkinə daxil olmaqla, eləcə də QR kodu skan etməklə təqdim edə bilərlər.
Müsabiqə üzrə test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar hər bir namizəd imtahana buraxılış vərəqəsini bu barədə elan verildikdən sonra Mərkəzin rəsmi saytında (www.dim.gov.az) qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etməlidir.
Test imtahanının dəqiq vaxtı və yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması barədə namizədlərə öncədən məlumat veriləcək. Qeyd edək ki, test imtahanı sənəd qəbulu bitdikdən sonra 1 aydan tez olmayaraq keçiriləcək.
Test imtahanından uğur qazanmış namizədlərin digər zəruri sənədləri bu mərhələdən sonra toplanılaraq yoxlanılacaq və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.
Namizədlər əlavə məlumat əldə etmək üçün (012) 538-01-62, 538-08-85 nömrəli telefonlarla əlaqə saxlaya bilərlər.
Məlumat üçün qeyd edək ki, müsabiqədə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Oxşar xəbərlər
Ədliyyə Nazirliyi qulluğa qəbulla bağlı müsabiqə elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ədliyyə orqanlarına qəbulla bağlı söhbət mərhələsinin nəticələri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ədliyyə orqanlarına qulluğa qəbulda uğur qazanan namizədlərlə icbari təlimlərə start verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ədliyyə orqanlarına imtahan keçirildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












