Bakıda məktəbdə müəllimlərin şagirdləri içəridə qoyub getdiyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib
Yeni Suraxanı qəsəbəsindəki 89 saylı məktəbdə müəllimlərin məktəbi bağlayıb, şagirdləri içəridə qoyub getdiyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.
Məktəbdən Sizinxeber.az-nın sorğusana cavab olaraq bildirilib ki, oktyabrın 28-də ikinci növbənin dərsləri saat 18:50-də başa çatıb və birinci giriş qapısı gözətçi tərəfindən saat 19:15-də bağlanıb:
"Məktəbdə birgə fəaliyyət çərçivəsində saat 19:00-21:00 aralığında voleybol məşğələsi keçirildiyinə görə həmin müddət ərzində digər giriş qapısı açıq saxlanılır. Hər gün bütün şagirdlər evə yola salındıqdan sonra təlim-tərbiyə işləri üzrə direktor müavini məktəbi tərk edir".
"Məktəbdə tədrisin təşkili və uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır", - deyə məlumatda qeyd edilib
Oxşar xəbərlər
Agentlik 23 nömrəli məktəbdə şagirdlər arasında yaşanan insidentlə bağlı açıqlama yayıb
Cəbrayılda Mehdizadə adına məktəbdə pedoqoji heyət formalaşıb - FOTO
42 nömrəli məktəbdə forma ilə bağlı valideynlə direktor arasında yaranmış mübahisəyə aydınlıq gətirilib
Sentyabrın 23-də Xankəndidə 4 nömrəli məktəbdə ilk dərs günü təşkil olunacaq - FOTO
Nazir müavini Firudin Qurbanov Ağalıda olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












