Agentlik 23 nömrəli məktəbdə şagirdlər arasında yaşanan insidentlə bağlı açıqlama yayıb
sizinxeber.az xəbər saytı

Agentlik 23 nömrəli məktəbdə şagirdlər arasında yaşanan insidentlə bağlı açıqlama yayıb


Aprel ayının 1-də 23 nömrəli tam orta məktəbdə tənəffüs zamanı şagirdlər arasında insident yaranıb.

Bu barədə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, məktəb rəhbərliyi hadisəyə dərhal müdaxilə edib, məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə, digər müvafiq qurumlara, eyni zamanda şagirdlərin valideynlərinə məlumat verilib və məktəbə çağırılıblar:

"Baş vermiş hadisə Agentliyin nəzarətində saxlanılır. Agentliyin, eyni zamanda Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları da məktəbdə olublar. Qeyd edək ki, zərərçəkmiş şagirdə ilkin tibbi-yardım göstərilib və evə buraxılıb. Hazırda şagirdin səhhətində hər hansı təhlükə riski yoxdur. Şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və Agentlik tərəfindən izlənilir.

Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün Təlimə Dəstək Mərkəzinin və "Məktəblinin dostu"nun psixoloqları da təhsil müəssisəsindədirlər. Şagirdlərlə bu istiqamətdə müvafiq intensiv iş aparılır.

Bir daha qeyd edək ki, Agentlik, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür, məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək.
Uşaqların yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik" - məlumatda qeyd edilib.

Oxşar xəbərlər

RTİ: 12 yaşında nişanlandırılan şagirdin dərsə davamiyyətində problem yoxdur - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Müəllimlərdən dərs saatlarına görə rüşvət alan direktor işdən çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məişət zorakılığından zərər çəkən 14 şəxsə sosial reabilitasiya xidmətləri göstərilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ombudsman məktəblilərin qeyri-etik görüntüsü ilə bağlı məsələni nəzarətə götürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN məktəblilər üçün “açıq qapı” günü keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər