BŞİH: “Bağırov” körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb
sizinxeber.az xəbər saytı

BŞİH: “Bağırov” körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb


Bu gün səhər saatlarından etibarən bəzi KİV-lərdə Bakı şəhərində yağan güclü yağışlar səbəbindən Heydər Əliyev prospektində yerləşən “Bağırov” körpüsünü yenidən su basması məlumatı yayılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Sizinxeber.az-ya verilən xəbərə görə, səhər saatlarından etibarən aidiyyatı qurumların birgə əlaqəli fəaliyyəti nəticəsində Heydər Əliyev prospektində yerləşən “Bağırov” körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb.

Körpüyə aid su nasosları adi rejimdə işləyir, bura əlavə texnika və işçi qüvvəsi cəlb edilib.

Paytaxda riskli ərazilərdə yerləşən digər körpü və keçidlər də nəzarətdə saxlanılır.

Oxşar xəbərlər

“Bağırov” körpüsündə subasma təhlükəsi aradan qaldırılıb - RƏSMİ
Mərdəkan istiqamətindəki tunneldə subasma texnika vasitəsilə aradan qaldırılır - VİDEO - YENİLƏNİB
BŞİH: Eldar Əzizov subasma qeydə alınan əraziyə baxış keçirib, təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb - FOTO
Yağıntı ilə əlaqədar Bakıda qabaqlayıcı tədbirlər müəyyənləşdirilib - VİDEO - YENİLƏNİB
Formula 1-dən sonra bütün yol məhdudiyyətləri aradan qaldırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər