Formula 1-dən sonra bütün yol məhdudiyyətləri aradan qaldırılıb
sizinxeber.az xəbər saytı

Formula 1-dən sonra bütün yol məhdudiyyətləri aradan qaldırılıb


13-15 sentyabr tarixlərində baş tutmuş Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 ərəfəsində bağlanan prospekt və küçələr nəzərdə tutulmuş vaxtdan daha tez, bugündən sürücülərin istifadəsinə verilib.

Bu barədə Sizinxeber.az-ya Bakı Şəhər Halqasından bildirilib.

Qeyd edilib Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsinin və digər aidiyyəti qurumların birgə səyi nəticəsində son 8 ildə ilk dəfə olaraq paytaxt Bakının yolları 24 saat tamam olmamış paytaxtdakı nəqliyyat məhdudiyyəti aradan qaldırılıb. Həmçinin, sentyabrın 16-dan 17-dək, 1 gün ərzində Bakı Şəhər Halqası ərtafında təhlükəsizlik məqsədilə quraşdırılmış 3306 ədəd beton bloklar aradan götürülür.

"Xatırladaq ki, yarış həftəsində bağlı olan yolların bir çox hissəsi müəyyən saat aralıqlarında şəhərdəki tıxacların minimuma endirilməsi məqsədilə sürücülərin istifadəsi üçün açıq olub.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti şəhər sakinlərinin və sürücülərin göstərdikləri anlayışa görə təşəkkürünü bildirir", - məlumatda deyilir.

Oxşar xəbərlər

"Formula-1"ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Formula 1-lə əlaqədar Bakıda nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək
Formula 1 Azərbaycan Qran-Prisinin bütün biletləri satılıb
"Formula 1"-lə əlaqədar bu gecədən İstiqlaliyyət və onunla kəsişən küçələrdə hərəkət dayandırılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər