Niyazi Bayramov Sadıllı qəsəbəsinin sakinləri ilə görüşüb
sizinxeber.az xəbər saytı

Niyazi Bayramov Sadıllı qəsəbəsinin sakinləri ilə görüşüb


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Sadıllı qəsəbəsinin sakinləri ilə görüşüb.

Bu barədə APA-ya İH-dən məlumat verilib.

Gəncə şəhər 17 nömrəli tam orta məktəbdə baş tutan görüşdə Millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Əvvəlcə rəsmilər təhsil müəssisənin şəhid məzunlarının əziz xatirəsinə həsr olunmuş löhvəni ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Qəbulda vətəndaşların müraciətləri tək-tək dinlənilib. Müraciətlər arasında maddi yardım, işlə təminat, fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi və sairə məsələlər yer alıb.

Niyazi Bayramov sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata alınıb.

Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər bundan sonra da davam etdiriləcək.

Oxşar xəbərlər

Niyazi Bayramov vətəndaşlarla görüşüb
Niyazi Bayramov sakinlərlə görüşüb
Niyazi Bayramov vətəndaşlarla növbəti dəfə görüşüb
Gəncədə sakinlərlə səyyar görüş keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı növbəti dəfə sakinlərlə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər