Niyazi Bayramov vətəndaşlarla görüşüb
sizinxeber.az xəbər saytı

Niyazi Bayramov vətəndaşlarla görüşüb


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 25 nömrəli tam orta məktəbdə vətəndaşlarla növbəti dəfə səyyar görüş keçirib.

Bu barədə APA-ya Gəncə İH-dən bildirilib.

Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Əvvəlcə rəsmilər təhsil müəssisənin şəhid məzunlarının əziz xatirəsinə həsr olunmuş löhvəni ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Qəbulda vətəndaşların müraciətləri tək-tək dinlənilib. Müraciətlər arasında maddi yardım, işlə təminat, fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi və sairə məsələlər yer alıb.
Niyazi Bayramov sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata alınıb.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər bundan sonra da davam etdiriləcək.

Oxşar xəbərlər

Niyazi Bayramov vətəndaşlarla növbəti dəfə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Niyazi Bayramov sakinlərlə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə sakinlərlə səyyar görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı növbəti dəfə sakinlərlə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Niyazi Bayramov növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər