Xankəndidə 300-ə yaxın müdavimin peşə hazırlığı kursları davam edir  - FOTO
sizinxeber.az xəbər saytı

Xankəndidə 300-ə yaxın müdavimin peşə hazırlığı kursları davam edir - FOTO


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Xankəndi şəhərində “Accelerated Career Academy” ilə birgə təşkil etdiyi peşə hazırlığı kursları davam edir.

Bu barədə Sizinxeber.az-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilib ki, kurslarda işğaldan azad olunan ərazilərə köçürüləcək, hazırda ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdən 300-ə yaxın müdavimə tikiş avadanlıqlarının operatoru, tikişçi və yükdaşıma mütəxəssisi peşələri üzrə bilik və bacarıqlar öyrədilir. Həmçinin, kurs müddətində müdavimlərə aylıq təqaüd ödənilir.

Nəzəri və praktik hissələrdən ibarət olmaqla iki növbəli təşkil olunan kursları uğurla başa vuran şəxslərin Xankəndi şəhərində istifadəyə veriləcək tikiş fabrikində işlə təmin edilməsi nəzərdə tutulub.

Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev kurslara cəlb olunmuş müdavimlərlə görüşüb. O bu kursların keçirilməsinin doğma yurdlarına qayıdacaq sakinlərin qısa zaman ərzində yeni peşələrə yiyələnməsinə dəstək məqsədi daşıdığını bildirib.

Oxşar xəbərlər

DMA daha 600 şəxs üçün peşə kursları təşkil edib
Kəlbəcərə köçürüləcək şəxslər üçün növbəti peşə kursuna start verilib
Daha 537 şəxs üçün peşə hazırlığı kursları təşkil olunub
Şuşada ilk dəfə əmək yarmarkası keçirilib
Azad olunmuş ərazilərdə fəaliyyət göstərən bir sıra işəgötürənlərlə görüş olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər