"Azərsun" Sənaye Parkında təlim keçirilib
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Azərsun Sənaye Parkı ərazisindəki Bakı Qida və Yağ Fabrikinin istehsalat sahələrində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması” mövzusunda təlim keçirib.
Nazirlikdən APA-ya verilən xəbərə görə, təlimin keçirilməsində məqsəd mümkün fövqəladə hallarla mübarizə, o cümlədən istehsalat sahələrində qəzalar zamanı xilasetmə işlərinin aparılması üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, həmçinin müəssisə əməkdaşlarına fövqəladə hallar zamanı davranış qaydaları barədə müvafiq biliklərin verilməsi olub.
Təlim zamanı xüsusi vasitələrlə şərti qəza baş vermiş istehsalat sahəsində köməksiz vəziyyətdə qalmış “zərərçəkmişlər” xilas edilib, onlara “ilkin yardım göstərilib”, həmçinin baş vermiş “yanğın qısa müddətdə söndürülüb”.
Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.
Oxşar xəbərlər
Yol-nəqliyyat hadisələrində zərərçəkmişlərin xilas edilməsi mövzusunda təlim keçirilib
Nəqliyyat qəzalarında xilasetmə əməliyyatları ilə bağlı təlim keçirilib
Nəqliyyat qəzalarında xilasetmə əməliyyatları ilə bağlı təlim keçirilib - VİDEO
Alpinist ləvazimatlarından istifadə etməklə xilasetmə mövzusunda təlim keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
