MİDA: Cəbrayıl yaşayış kompleksinin inşası keyfiyyətlə həyata keçirilib - FOTO
Bu gün Cəbrayıl rayonunun yenidən salınan Horovlu kəndinə media-tur təşkil olunub.
Sizinxeber.az-nın bölgə müxbiri xəbər verir ki, media-tur iştirakçıları Cəbrayıl yaşayış kompleksində olublar.
Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat katibi Diana Dadaşova yaşayış kompleksi barədə jurnalistlərə məlumat verib. O bildirib ki,
Cəbrayıl yaşayış kompleksinin ümumi sahəsi 7,9 hektardır. Kompleks 7-si beşmərtəbəli və 26-sı dördmərtəbəli olmaqla 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil var. Onlardan 8-i birotaqlı, 136-sı ikiotaqlı, 8-i ikiotaqlı studio tipli, 392-si üçotaqlı, 168-i isə dördotaqlıdır. Birotaqlı mənzillərin sahəsi 45-50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98-100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edir.
"Bütün mənzillər tam təmirli, mətbəx mebeli, qaz plitəsi, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş şəkildə vətəndaşlara təhvil verilib", - deyə D.Dadaşova əlavə edib.
Qeyd edək ki, altı kvartaldan ibarət kompleksin inşası keyfiyyətlə həyata keçirilib. Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq əyləncə və idman meydançaları istifadəyə verilib.
Oxşar xəbərlər
MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq - EKSKLÜZİV
MİDA rəsmisi: “Cəbrayıl yaşayış kompleksi yüksək keyfiyyətlə inşa edilib”
Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - YENİLƏNİB
Kəlbəcərdə inşa edilən yaşayış kompleksinə birinci mərhələdə 201 ailə köçürüləcək - FOTO
Ağdamda 4-cü və 5-ci yaşayış kompleksləri 26 ha ərazidə salınacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













