Kəlbəcərdə inşa edilən yaşayış kompleksinə birinci mərhələdə 201 ailə köçürüləcək - FOTO
Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanışlıq məqsədi ilə media-tur təşkil olunub.
Sizinxeber.az xəbər verir ki, media-turda yaşayış kompleksinin 19,5 hektar sahəni əhatə etdiyi bildirilib.
Birinci mərhələdə buraya 201 ailə köçürüləcək. Bunun üçün kompleksdə dördmərtəbəli 6 bina tikilib. Binaların hər birində 27 mənzil mövcuddur. Mənzillərin 54-ü ikiotaqlı, 72-si üçotaqlı və 36-sı dördotaqlıdır.
Kompleksdə, həmçinin “townhouse” tipli ikimərtəbəli 39 ev də inşa olunub. Bu evlərin hər biri üçotaqlıdır.
İkinci mərhələdə bu kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün isə müxtəlif tipli dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, “townhouse” tipli ikimərtəbəli 57 ev inşa olunacaq.
Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır. Ərazidə park, istirahət guşələri, sosial-məişət obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olublar.
Səfər zamanı ikinci yaşayış kompleksinin də təməli qoyulub.
Oxşar xəbərlər
Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident və Birinci xanım Kəlbəcərdə 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olublar - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Ağdam rayonunun Baş Qərvənd kəndinin təməlqoyma mərasimində iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdamda 4-cü və 5-ci yaşayış kompleksləri 26 ha ərazidə salınacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












