Bu il övladlığa verilən uşaqların sayı məlum olub
sizinxeber.az xəbər saytı

Bu il övladlığa verilən uşaqların sayı məlum olub


Bu ilin ötən dövründə 123 uşaq övladlığa verilib, onlardan 1 nəfəri (oğlan) 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsdir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, övladlığa verilənlərdən 59 nəfəri oğlan, 64 nəfəri qızdır.

Qeyd edilib ki, uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır. 2

2024-cü il ərzində Agentlik tərəfindən 604 belə monitorinq həyata keçirilib.

Agentlik tərəfindən reinteqrasiya tədbirləri də davam edir. Həmin tədbirlər nəticəsində bu il dövlət uşaq müəssisələrindən 78-i qız, 98-i oğlan olmaqla 176 uşaq öz ailələrinə qaytarılıb.

Oxşar xəbərlər

Bu il 100 uşaq övladlığa verilib, 139-u isə ailələrinə qaytarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il 100 uşaq övladlığa verilib, dövlət uşaq müəssisələrindən 139 uşaq ailələrinə qaytarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazirlik: Bu il 100 uşaq övladlığa verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məişət zorakılığından zərər çəkmiş 30 uşaq sosial reabilitasiya xidmətləri ilə təmin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 2019-cu ildən indiyədək 622 uşaq övladlığa verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər