Xankəndidə körpələr evi-uşaq baxçası yaxın günlərdə fəaliyyətə başlayacaq - FOTO
Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq baxçasına 80 nəfərdən çox müraciət olunub. Ölkə başçısının açılışında iştirak etdiyi baxça yaxın günlərdə fəaliyyətə başlayacaq.
Sizinxeber.az xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Anar Məcidov jurnalistlərə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Qarabağa sonuncu səfəri zamanı açılışı olan obyektlərdən biri Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasıdır. Elm və Təhsil Nazirliyinin sifarişi ilə bu ilin mayında Xankəndi şəhəri körpələr evi-uşaq bağçasının əsaslı təmirinə başlanılıb. Məktəbəqədər təhsil müəssisəsinin layihəsi 80 yerlik olmaqla 0,21 hektar ərazini, 1340 kvadratmetr ümumi sahəni əhatə edir. Burada 4 qrup otağı, tibb otağı, metodiki kabinet, mətbəx, akt və idman zalları və camaşırxana yaradılıb.
Artıq körpələr evi-uşaq bağçasına 80-dən artıq müraciət daxil olub.
Oxşar xəbərlər
Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
Bərdə, Quba və Ucarda məktəb açılışı olub
BŞTİ: 49 illik körpələr evi-uşaq bağçasının yenidən qurulması növbəti dövlət proqramında planlaşdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
