Ağdamın Eyvazxanbəyli kəndində birinci mərhələdə 427 fərdi evin inşası planlaşdırılır
sizinxeber.az xəbər saytı

Ağdamın Eyvazxanbəyli kəndində birinci mərhələdə 427 fərdi evin inşası planlaşdırılır


Ağdam rayonunun Eyvazxanbəyli kəndində birinci mərhələdə 1563 nəfərin köçürülməsi üçün 427 fərdi evin inşası planlaşdırılır. bunun üçün 88,3 hektar torpaq sahəsi ayrılıb.

Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi məlumat verib.

Bildirilib ki, inşa ediləcək evlər iki, üç, dörd və beşotaqlı olacaq. Bundan başqa on evin ikimərtəbəli olması nəzərdə tutulur.

Kəndin layihələndirilən ümumi ərazisi 300 hektara yaxındır. Ümumilikdə Eyvazxanbəyli kəndində 4038 nəfərin məskunlaşdırılması planlaşdırılıb.

Bu məqsədlə 1091 fərdi evin tikilməsi nəzərdə tutulub.

Kənddə məktəb, uşaq bağçası, çoxfunksiyalı bina, tibb məntəqəsi və digər obyektlərin tikintisi, istirahət parkının salınması planlaşdırılıb.

Qeyd edilib ki, əhalinin məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər də görüləcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam rayonunun Salahlı Kəngərli kəndinin təməli qoyulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Ağdamın Qiyaslı kəndinin təməlini qoyub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər